“Xəzər Lənkəran”a daha bir futbolçu qoşulacaq

“Xəzər Lənkəran”a daha bir futbolçu qoşulacaq
XƏBƏR 10 Yanvar 2016 / 15:50 8874
-  A +

Təlim-məşq toplanışını doğma şəhərdə keçən “Xəzər Lənkəran” hazırlığının ikinci günündə iki dəfə məşq edib.

Yanvarın 9-da əvvəlcə səhər saat 10:30-da futbolçulardan normativlər götürülüb.

Ardıyca baza-oteldə az müddətli istirahətə çəkilən komanda saat 16:00-da stadionun ehtiyat meydançasında toplu çalışmalardan ibarət məşqə başlayıb.

Heyətdə hələlik Akif Tağıyev və Hacı Əhmədov olmaqla iki yeni futbolçu var. Yanvarın 13-də toplantı Bakıda davam etdirələrkən Tural Cəlilov da komandaya qoşulacaq.

Rasim Ramaldanovun isə geri dönüb-dönməyəcəyinə yanvarın 10-da tam aydınlıq gələcək(12cioyuncu.info).

Daha çox


Son xəbərlər