"Qəbələ" getdi

"Qəbələ" getdi
XƏBƏR 10 Yanvar 2016 / 13:25 2868
-  A +

“Qəbələ” mövsümün ikinci yarısına hazırlıq məqsədilə bu gün Antalyaya yola düşüb.

Qol.Az-ın məlumatına görə, yanvarın 27-nə qədər Türkiyədə təlim-məşq toplanışında olacaq Roman Qriqorçukun komandası qardaş ölkədə 3 yoxlama oyunu keçirəcək. 

İlk rəqib “Osnabryuk” olacaq. Almaniya çempionatının aşağı liqa təmsilçisi ilə qarşılaşma ayın 16-da baş tutacaq. 4 gün sonra “Qəbələ” ikinci yoxlama oyununda İsveçrənin “Sürix” klubu ilə üz-üzə gələcək. Yanvarın 24-də baş tutacaq son yoxlama matçında komanda Ukrayna təmsilçisi “Dnepr”lə görüşəcək.

Daha çox


Son xəbərlər