"Neftçi" hazırlıqlara start verdi (FOTOLAR)

"Neftçi" hazırlıqlara start verdi (FOTOLAR)
XƏBƏR 7 Yanvar 2016 / 18:37 2862
-  A +

“Neftçi” Topaz Premyer Liqasının üçüncü dövrəsinin hazırlığına bu gün başlayıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda klubun bazasındakı meydançada məşq edib.
 
Hazırlıq prosesində Mixal Peskoviçdən başqa bütün futbolçular iştirak ediblər. Qapıçı məşqlərə sabah qoşulacaq. Zədəlilər - Fəhmin Muradbəyli və Elşən Abdullayev fərdi məşqlə kifayətləniblər.

Qeyd edək ki, yanvarın 10-dək gündə bir dəfə məşq edəcək “Neftçi” ayın 10-da “Olimpiya stadionu”nda ikitərəfli oyun keçirəcək. Yanvarın 11-də isə komanda təlim-məşq toplanışına start verəcək. Klubun təlim-məşq bazası, “Bakcell Arena” və “Olimpiya stadionu”nda təşkil olunacaq təlim-məşq toplanışı ərzində komanda 3 yoxlama oyunu keçirməyi planlaşdırır.




















Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər