Misirli futbolçu "Arsenal"da

Misirli futbolçu "Arsenal"da
XƏBƏR 30 Dekabr 2015 / 00:15 8222
-  A +

İngiltərə Premyer Liqasının hazırkı lideri “Arsenal” heyətini daha bir futbolçu ilə gücləndirir.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, London klubu “Bazel”in futbolçusu Mohamed Elnenini transfer edir.

Misirli yarımmüdafiəçi özü də bu barədə tvitter səhifəsində yazıb.

Qeyd edək ki, 39 dəfə Misir yığmasının formasını geyən 23 yaşlı futbolçu bu mövsüm “Bazel”in heyətində 21 oyuna 4 qol vurub.

Daha çox


Son xəbərlər