Türkiyə superliqa təmsilçisi "Gənclərbirliyi"ndə növbəti baş məşqçi istefası gerçəkləşib.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, komandanın çalışdırıcısı Yılmaz Vural vəzifəsindən kənarlaşdırılıb.
Buna klub prezidenti İlham Cavcavla Y.Vural arasında transfer məsələsindəki anlaşılmazlıq səbəb olub. Tərəflər arasında razılıq əldə olunmadığı üçün klub rəhbərliyi Vuralla yolları ayırmaq qərarına gəlib.
Qeyd edək ki, 5 gün öncə "Gənclərbirliyi" ilə 1,5 illik müqavilə imzalayan Yılmaz Vural superliqadakı ilk sınağında səfərdə "Eskişehirspor"a 0:2 hesabı ilə uduzub. Oyundan sonra açıqlama verən Yural bunları bildirib: "Aşağı liqaya düşməmək üçün mövsümün ikinci yarısında 9 qələbəyə ehtiyacımız var. Bunun üçün də qışda lazımi transferlər etməliyik". Lakin transfer məsələsində klub rəhbərliyi ilə razılığa gələ bilməyən Vural istefaya göndərilib.
Xatırladaq ki, Yılmaz Vural "Gənclərbirliyi"nin cari mövsüm dördüncü baş məşqçisi olub. Bir müddət öncə klubun prezidenti İlham Cavcav baş məşqçi təyin etdiyi Fuat Çapanı bir neçə saatdan sonra komandadan qovub.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu
"Onlar haqqında hər şeyi bilirik" - Tomas Tuxel
Sabiq "Çelsi"li karyerasını bitirdi
"Meksika futbolu üçün tarixi matçlardan biri olacaq"
Bu da “Qarabağ”ın 8-ci transferi - Rəsmi
Həm bombardirdilər, həm də "tənbəl"
DÇ-2026-da ən çox qol epizodu yaradan müdafiəçi oldu