Azərbaycan Premyer Liqasında qış fasiləsinə üçüncü yerdə çıxan “Zirə”nin hazırlıq planı məlum olub.
Qol.Az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, komanda yanvarın 5-də Bakıda bir araya gələcək. Dörd gün Zirə İdman Kompleksində məşq edəcək komanda təlim-məşq toplanışının ikinci mərhələsini Antalyada keçirəcək. Antalyadakı hazırlıq mərhələsinin ilk həftəsində komanda fiziki hazırlıq üzərində çalışacaq. Növbəti həftədə isə baş məşqçi Adil Şükürov ümumi texniki-taktiki hazırlığa üstünlük verəcək və komanda yoxlama oyunlarında qüvvəsini sınayacaq. Antalyada “Zirə” 3 yoxlama oyunu keçirəcək. Qarşılaşmalar yanvarın 16, 19 və 22-də təşkil olunacaq. Rəqiblərin adı isə yaxın günlərdə məlum olacaq.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu
"Onlar haqqında hər şeyi bilirik" - Tomas Tuxel
Sabiq "Çelsi"li karyerasını bitirdi
"Meksika futbolu üçün tarixi matçlardan biri olacaq"
Bu da “Qarabağ”ın 8-ci transferi - Rəsmi
Həm bombardirdilər, həm də "tənbəl"
DÇ-2026-da ən çox qol epizodu yaradan müdafiəçi oldu