Yeni mövsümdən "Bavariya"nı çalışdıracaq Karlo Ançelotti transfer planlarını açıqlayıb.
Qol.Az-ın "Gazzetta dello Sport"a istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis "Real" (Madrid) klubunun 3 futbolçusunu transfer etmək istəyir.
Bunlar Qaret Beyl, Luka Modriç və elə "Bavariya"dan "Real"a keçmiş Toni Krossdur. Ançelottinin mövsümün sonunda sabiq komandasının adı çəkilən üç futbolçusunu transfer etmək üçün artıq indidən həmin oyunçularla danışıqlar apardığı bildirilir.
Qeyd edək ki, Ançelottinin son komandası elə Madrid "Real"ı olub. 56 yaşlı mütəxəssis ötən yayda baş məşqçi vəzifəsindən uzaqlaşdırılıb.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi