Almaniya Bundesliqa təmsilçisi "Hannover" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Qol.Az-ın "Bild" qəzetinə istinadən verdiyi məlumata görə, komandanı Tomas Şaaf çalışdıracaq.
54 yaşlı mütəxəssislə 2017-ci ilin iyun ayına qədər müqavilə imzalanıb. O, yeni vəzifəsində bir müddət öncə istefaya göndərilmiş Mixael Frontseki əvəzləyib.
Qeyd edək ki, Şaafın son komandası "Ayntraxt" klubu olub. O, 2014/2015 mövsümündə Frankfurt təmsilçisini çalışdırıb.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi