Bakı "İnter"i daha bir futbolçusu ilə yolları ayırıb.
Qol.Az-ın "azerisport.com"a istinadən verdiyi məlumata görə, braziliyalı hücumçu Dieqo Martins paytaxt təmsilçisini tərk edib.
Onun komandadan ayrılmasına başqa klubdan təklif alması səbəb olub. Həmin klubun adı açıqlanmasa da, komandanın Asiya təmsilçisi olduğu bildirilir.
Qeyd edək ki, cari mövsüm vurduğu 5 qolla "İnter"in ən məhsuldar futbolçusu olan Martins yayda komanda ilə bir illik müqavilə imzalayıb.
Xatırladaq ki, daha öncə Səlahət Ağayev, Abdulla Abatsiyev, Xuan Fransisko, İvan Benites, Stepan Polyak və Emilian Vila "İnter"dən ayrılıb.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi