"Ukrayna qrupda çıxacaq. Bununla belə, inanıram ki, komanda yaxşı futbol sərgiləyəcək".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Ukrayna mətbuatına açıqlamasında deyib.
"Avro-2016"nın final mərhələsindəki şanslarını dəyərləndirən ukraynalı mütəxəssis ölkəsinin yığmasında kifayət qədər istedadlı futbolçu olduğunu bildirib: "Seçmə mərhələ və pley-off oyunlarında nəticələrə görə məsuliyyət var idi. Ancaq indi bu yük üzərimizdən götürülüb. Yığmada kifayət qədər keyfiyyətli futbolçular var. Onları düzgün qiymətləndirməliyik. Onlar Almaniya ilə görüşdə hər hansı inanılmaz bir şey etmək məcburiyyətində deyillər. Bizim futbolçular pis deyil, hətta bəziləri daha yaxşıdır".
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi