"Çelsi"nin baş məşqçisi Qus Hiddink yeni transfer hədəfini açıqlayıb.
Qol.Az-ın "The Telegraph" qəzetinə istinadən verdiyi məlumata görə, hollandiyalı mütəxəssis "Atletiko" (Madrid) klubunun hücumçusu Cekson Martinesi transfer etmək istəyir.
Artıq Hiddink bu barədə istəyini klub rəhbərliyinə çatdırıb. London təmsilçisi bu transfer üçün "Atletiko"nun sabiq forvardı Dieqo Kostanı da qarşı tərəfə verməyə hazırdır. Madrid təmsilçisinin bu təklifi necə qarşılayacağı maraqla gözlənilir.
Qeyd edək ki, Martines cari mövsüm "Atletiko"da 11 oyun keçirib və iki qol vurub.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi