Vəkil Adəm Məmmədov "Qəbələ"nin futbolçusu Cavid Hüseynovla görüşüb.
Qol.Az-ın "Report"a istinadən verdiyi xəbərə görə, bu barədə A.Məmmədov özü açıqlama verib.
O bildirib ki, 1 saylı Bakı İstintaq Təcridxanasınında saxlanılan C.Hüseynovun səhəti normaldır: "Bir neçə gün əvvəl hüquqlarını müdafiə etdiyim Cavid Hüseynovla görüşdüm. O, səhətində heç bir problemin olmadığını deyib".
"Bu haqda həmişə demişəm. C.Hüseynovla onun bibisi oğlu Elşən İsmayılov arasında "whatsapp"da yazışma mesajlarının məzmunundan tam müəyyən olunur ki, Cavid Hüseynovun cinayət işindən xəbəri yoxdur. Bundan başqa, təqsirləndirilən şəxslərin hər biri ayrı-ayrı verdikləri ifadədə göstərilir ki, bu hadisədən Cavid Hüseynov xəbərsizdir. Düzdür, mərhum Rasim Əliyevlə həmin şəxslər arasında baş verən hadisədən sonra Elşən İsmayılov Cavid Hüseynova məlumat verib. Cavid Hüseynov da ona bildirib ki, "siz çox nahaq yerə görüşə gedib, onu döymüsüz". Onlar arasında olan bütün yazışmalar və səsli mesajlar var. Hətda, Cavid Hüseynov bibisi oğlundan polisə təslim olmasını istəyib", - deyə A.Məmmədov bildirib.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu
"Onlar haqqında hər şeyi bilirik" - Tomas Tuxel
Sabiq "Çelsi"li karyerasını bitirdi
"Meksika futbolu üçün tarixi matçlardan biri olacaq"
Bu da “Qarabağ”ın 8-ci transferi - Rəsmi