Bir neçə gün əvvəl futboldan gedəcəyi ilə bağlı xəbərlər yayılan Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo gələcək karyerası haqda açıqlama verib.
Qol.Az-ın Xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 35 yaşlı futbolçu bir neçə həftədən sonra klub seçimi ilə bağlı qərarını verəcəyini deyib:
“Nə qədər ki, enerjim var, futbol oynayacam. Gələcək karyeramla bağlı bir neçə variantlar var. ABŞ-a gedə bilərəm. Dubay və Braziliya da maraqlı olardı. Bir daha düşünüb, yaxın günlərdə qərarımı verəcəm”.
Qeyd edək ki, ABŞ MLS liqasında çıxış edən bir neçə kluba yanaşı “Antalyaspor” da Ronaldinyonu transfer etmək istəyir. O, bir neçə ay əvvəl Braziliyanın “Fluminense” klubundan ayrılıb.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi