Qazaxıstanın "Astana" klubunun yarımmüdafiəçisi Nemanya Maksimoviç karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Qol.Az-ın TMW-yə istinadən verdiyi məlumata görə, serbiyalı futbolçu "İnter"in maraq dairəsinə düşüb.
Milan təmsilçisi Çempionlar Liqasının qrup mərhələsində özünü yaxşı tərəfdən göstərən Maksimoviçi transfer etmək istəyir. Lakin 20 yaşlı futbolçu ilə "Torino", "Genua", "Hamburq" və "Ayntraxt" klubları da yaxından maraqlanır.
Qeyd edək ki, Maksimoviç cari mövsüm Qazaxıstan çempionatında keçirdiyi 23 oyunda 6 qol vurub.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi