"Liverpul"un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının təqvimindən şikayətlənib.
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, ağır oyun qrafiki səbəbindən futbolçuların dincəlməyə vaxtı olmadığını deyib. Təcrübəli mütəxəssis bu durumun İngiltərə millisinin Avropa çempionatındakı oyununa təsir edəcəyini vurğulayıb.
"Premyer Liqanın təqvimi pisdir. Mövsüm başa çatdığı zaman oyunçuların çoxu tükənmiş olacaq. Çünki onlar dincəlməyə imkan tapmayacaqlar. İngiltərə millisi yenə də Avropa çempionatında uğur qazana bilər. Ancaq bu ağır oyun qrafiki səbəbinddən onların işi digər millilərlə müqayisədə çətin olacaq".
Klopp son dönəmlərdə İngiltərə klublarının Avropada uğur qazanmamasının səbəbini futbolçuların istirahət üçün vaxt olmamaları ilə əlaqələndirib.
Xatırladaq ki, bundan əvvəl Joze Mourinyo və Lui van Qal da Premyer Liqanın təqvimindən narazılıqlarını ifadə edib.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər