Qazaxıstan Futbol Federasiyası milli komanda üçün yeni baş məşqçini xalq səsverməsi ilə seçəcək.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə qurumun prezidenti Erlana Kojaqapanov məlumat verib. O bildirib ki, səsvermə iki mərhələdən ibarət olacaq. İlk mərhələdə yerli və xarici məşqçilər təklif ediləcək. Həmin məşqçilərin adı dekabrın 26-ı açıqlanacaq.
İkinci mərhələdə isə qısa siyahı müəyyənləşəcək və bir neçə internet platforması üzərindən səsvermə keçiriləcək.
Qeyd edək ki, birinci mərhələ dekabrın 28-i, ikinci mərhələ yanvarın 1-də baş tutacaq.
Xatılradaq ki, Qazaxıstan millisini son olaraq Yuri Krasnojan çalışdırıb.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər