"Neftçi”dən ayrıldıqdan sonra onun işsiz günləri elə də çox çəkmədi. "Ağ-qaralar”dakı işinə bələd olan bakılıların sabiq prezidenti Sadıq Sadıqov onu özü ilə "Neftçi” İdman Klubuna gətirdi. Söhbət PRO kateqoriyasına malik olan Azərbaycanın ən gənc məşqçisi Azər Bağırovdan gedir.
Sadıqovun rəhbəri olduğu İK-də koordinator vəzifəsində çalışan Bağırovun işləri necə gedir? Elə bu suala cavab tapmaq üçün onunla əlaqə saxladıq.
- Əvvəlki işinizlə indiki arasında nə kimi fərqlər var?
- İndiki işimdə daha çox məsuliyyət var. Çünki məşqçilərlə daha çox işləmək lazımdır. İş qrafiki də gərgindi. İstirahət etmədən inkişafa nail olmağa çalışırıq. İşimizin nəticəsini görmək zatən bizim üçün istirahətə bərabərdi. İndi bütün oyunları izləyirik. Məşqçilərlə yanaşı, futbolçuları nəzarətdə saxlayırıq.
- Məşqçilik üçün darıxmırsınız?
- İnanın ki, çox darıxıram. Millidə çalışarkən Nikolay Adamdan çox şey öyrəndim. Azərbaycana gəlib getmiş savadlı instruktorlardan idi. Məşqçi karyeramda da ondan öyrəndiklərimdən istifadə etdim. Düzdü, səhvlərim də oldu. Ancaq bu səhvlər təkrarlanmadı, öz üzərimdə çalışdım.
- Böyükağa Hacıyevə PRO kateqoriyası verilmədiyi bir zamanda 34 yaşlı məşqçi bunu necə əldə etdi?
- PRO-nu almaq elə də çətin olmadı. Çünki öz işimə ciddi yanaşırdım. Böyükağa müəllimin nəyə görə kəsildiyini deyə bilmərəm. Mən sadəcə, öz üzərimdə çalışırdım. Psixoloji cəhətdən daha yaxşı hazırlaşmışdım. İmtahanların cavablarını öyrənərkən də, ən yaxşı nəticələrə imza atdığıma görə çox sevindim. Bilirsiz, Avropada yaranmış tendensiya var ki, indi komandalar daha cavan məşqçilərlə etibar edilir. Misal üçün, İngiltərə Premyer Liqasında biz yaşda olanlar debüt edirlər. Çünki onlar daha dinamik, daha uğura acdılar. Belə olan halda isə gənc məşqçi uğur qazanmağın sirrlərini axtarır, tapır və nəticəsini nümayiş etdirir.
- Yəqin ki, PRO kateqoriyasını əbəs yerə almamısınız. Düşünmək olarmı ki, "Neftçi” İK-də çox qalmayacaqsız?
- Əsas məsələ ondan ibarətdi ki, koordinator vəzifəsi mənə çox şeyi öyrətdi. Misal üçün, məşqçilərlə necə davranmağın lazım olduğunu, rəhbərliklə mütəmadi əlaqə saxlamğın sirrlərini öyrəndim. Belə məsələlər futbolda çox önəmlidi. Düşünürəm ki, atdığımız addımlar, qəbul etdiyimiz qərarlar heç də əbəs yerə deyil. Sadəcə, verilən şansdan düzgün istifadə etmək lazımdır. Əlbəttə ki, millidə və klubda çalışmaq mənim ilk arzularımdandı. Çalışacam ki, gələcək karyeramda belə vəzifərlərdə də fəaliyyət göstərim.
- Təklif varmı?
- Hazırda təklif yoxdu. Ancaq inanıram ki, gələcəkdə cavan məşqçilərə etimad göstəriləcək. Nəzərə alaq ki, ilk olaraq bu tendensiya Qurban Qurbanovla başladı və nəticəsi göz önündədi. Premyer Liqa təcrübəsi olmayan Adil Şükürovun "Zirə”ni üst pillələrə daşıması da bunun əyani sübutudu. Çox istərdim ki, biz də öz biliklərimizi gənclərin yetişdirilməsində istifadə edək.
- Gənclərin yetişdirilməsini deyərkən, millini nəzərdə tutursuz?
- Millidə kim çalışmaq istəməz ki? Bundan sonra xarici klubların birində karyeramı davam etdirmək niyyətindəyəm. Çünki biliklərimi daha da artırmalıyam. Bu gün futbol gündən-günə inkişaf edir, hər an bir yenilik olur. Buna görə nə qədər öyrənsək, azdı. Mütəmadi olaraq axtarışlardayam, yenilikləri izləyirəm. Bunlar bilmək futbolda vacib məqamlardı. Bütün bu yenilikləri Azərbaycan futbolunda da tətbiq etmək şərtdi.
- "Neftçi” İK-dan gələn təklifi hansı məqsədlə qəbul etmişdiz?
- "Neftçi” İdman Klubuna çalışarkən Sadıq Sadıqov uşaq futbolunun inkişafını qarşımıza məqsəd qoydu. Bu məqsədə çatmaq üçün biz də daha savadlı məşqçiləri işə cəlb etdik. Düzdü, bir az gec başladıq. Əldə olan materialdan istifadə etdik. Buna baxmayaraq, mübarizə apardığı yarışlarda liderlər arasında olan yaş qruplarımız da var. Bilirsiz, indidən nəticə üçün çalışıb, uşaqları məhv etmək də olmaz. Aydın məsələdi ki, yaxşı nəticə qazanmaq üçün komanda meydana ən yaxşı heyətlə çıxmalıdı. Belə durumda isə kölgədə qalan uşaq futbolçular ya futboldan küsür, ya da başqa sənətə yiyələnmək barədə fikirləşir.
- Hazırda hansı məşqçilər sizinlə birlikdədi?
- Rafael Əmirbəyov, Mehman Babayev, Arif Abbasov, Mehman Yunusov, İlyas Qurbanov, Azər Cabbarov, Namiq Adilov, Mahir Əliyev və Şahin Şahhüseynli kimi məşqçilər bizimlə bərabərdi. Bütün məşqçilər bir-birini tamamlamalıdı. Buna önəm verərək adını çəkdiyim mütəxəssisləri bir araya gətirdik.
- Təklif gələcəyi halda yeni başldığınız işinizdən ayrılmaq sizing üçün çətin olmayacaq ki?
- Yaxşı təklif gələrsə, bunu dəyərləndirmək olar. Ancaq "Neftçi” İK-dən ayrılmaq qərarını vermək bir qədər çətindi. Doğma bir yerdən ayrılanda xoş xatirələri geridə buraxırıq. Bu, adamı düşünməyə məcbur edir.
Mənbə: Sport7.az
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər
"Fənərbaxça" 8 qolla qalib gəldi, "Beşiktaş" uduzdu
“Sabahın Ulduzları”nda finalçılar məlum oldu
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
Millinin oyunlarını buraxa bilər