Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Premyer Liqanın XVIII turunun “Kəpəz” - “Neftçi” matçı başa çatdıqdan sonra meydan sahiblərinin bir qrup azarkeşi tərəfindən qonaq fanatların daşlanması səbəbindən Gəncə təmsilçisi ictimai asayişi və təhlükəsizliyi tam təmin etmədiyinə görə 5000 manat cərimə olunub.
Bu xəbəri daha əvvəl də oxucularımıza çatdırmışıq. Kimsə düşünə bilər ki, bunda qeyri-adi nə var? Məsələ AFFA İntizam Komitəsinin hadisələrə ikili yanaşmasıdır. Xatırlamayanlara xatırladaq ki, Premyer Liqanın ilk turunda, “Bakcell Arena”da baş tutan “Neftçi” - “Kəpəz” matçından sonra da buna bənzər insident yaşanmışdı. Həmin vaxt “Neftçi” azarkeşləri qonaqların avtobusunu daşa basmışdılar. Nəticədə də “Kəpəz”in avtobusunun şüşələri sındırılmışdı. Bu hadisənin canlı şahidləri arasında PFL prezidenti Ramin Musayev də var idi. Hadisə ilə bağlı PFL rəhbəri bunları demişdi: “Azarkeş davası olmasa, futbolun ləzzəti olmaz. Bu, bütün dünyada belədir. Bizim azarkeşlər hətta digərlərindən çox sakitdilər. “Kəpəz”in avtobusunun şüşəsinin sındırılmasına görə “Neftçi”nin cəzalanması məsələsini aydınlaşdıracağıq. Bəlkə bunu heç “Neftçi” azarkeşləri etməyib?”
Yekunda məlum oldu ki, avtobusun şüşələri “Neftçi” azarkeşləri tərəfindən daşlanıb. Əgər belə olmasaydı, “ağ-qaralar” qarşı tərəfə dəyən ziyanı ödəməzdi. Amma həmin vaxt AFFA İntizam Komitəsi “Neftçi”ni cəzalandırmamışdı. Belə ki, matçdan 3 gün sonra keçirilən İntizam Komitəsinin iclasında sözügedən oyunun 57-ci dəqiqəsində “Neftçi”, 71-ci dəqiqəsində “Kəpəz” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə hər iki tərəf 1000 manat cərimə olunmuşdu.
Göründüyü kimi, AFFA İntizam Komitəsi məsələyə fərqli yanaşır. Daşın nə fərqi var ki? “Neftçi” azarkeşləri də daşlayıblar, “Kəpəz” fanatları da. Fərq ondadır ki, bir tərəf avtobusu, digər tərəf azarkeşləri nişan alıb. İstənilən halda atılan daşdır və Bakıdakı daşla Gəncədəki daşın arasında elə bir fərq yoxdu. Hər iki hadisədə meydan sahibi olan tərəf asayişi və təhlükəsizliyi tam təmin etməyib...
Futbolxeber.az
"Ayaks" braziliyalı hücumçu transfer etdi
“Qarabağ” - “CSKA Sofia” matçının biletləri satışa çıxır
Salah "Beşiktaş"da oynayacaq?
"Sumqayıt"dan "Şamaxı"ya keçdi
Mundialın final matçında fasilə müddəti müəyyənləşdi
"Dünya çempionu olsaq, millidən gedəcəyəm"
"Şəfa" "İmişli" ilə heç-heçə etdi
"Turan Tovuz" ilk yoxlama matçına çıxdı
"Sumqayıt" onu da göndərdi
FİFA dünya çempionatı tarixində ilkə imza atacaq
Premyer Liqadan düşən klubunu yarı yolda qoymadı
"Karvan-Yevlax"dan getdi
Laporta: "İspaniya dünya kubokunu qazanacaq"
Ernan Kresponun yeni klubu
Dünya çempionlarına xüsusi üzüklər veriləcək - Şəkil
Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
Finala təyinat aldı, göz yaşlarını saxlaya bilmədi - Video
"Sabah"ın "KuPS"la oyunlarının hakimləri məlum oldu
“Qarabağ” SSKA-nı keçsə… - Mümkün rəqiblər
"Zirə"dən ayrılan futbolçu Fransa klubunda
"Arsenal" Trossarın əvəzləyicisini tapdı
Elçin Məsiyev Çempionlar Liqasının oyununda
Azərbaycan millisi üçün yeni rəqib
Şotlandiya millisinin sabiq qapıçısı karyerasını başa vurdu
“Kaş “Qarabağ”a bircə qol vuraq!..”- Reykyavikdən reportaj
"Qarabağ"ın İslandiyadakı 3 qolu - Video
PSJ-də yeni müqavilə
Finalın hakimləri açıqlandı - DÇ-2026
Ronaldodan dünya çempionatlarnın antirekordu
Azərbaycan UEFA reytinqində liderdir! - Əla başlanğıc…
Tramp İspaniya - Argentina finalını izləyəcək
"Qarabağ" Avroliqada mərhələ adladı
"Zirə"nin Kutaisi zəfəri - Video
Zeki Çelik "Yuventus"da - Rəsmi
“Neftçi”nin Konfrans Liqasında rəqibi müəyyənləşdi
Azərbaycan güləşçisi Macarıstanda çempion oldu
"Torpedo" ilə qarşılaşmaq istəmirdik" - Rəşad Sadıqov
“Qarabağ” mərhələ adlasa, bu komanda ilə qarşılaşacaq
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə