"İlk növbədə mən "Neftçi"dən, Erik Ramosdan, jurnalist və azarkeşlərdən üzr istəyirəm. Nə olursa olsun məşqçi təmkinli olmalıdır. Bilirəm ki, bu sual olacaq və əvvəlcədən üzr istəyirəm, günah məndədir".
Qol.Az-ın "spornet.az"a istinadən verdiyi məlumata görə, bunu "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 18-ci turunda "Neftçi" ilə 1:1 bərabərə qaldıqları oyundan sonra deyib.
49 yaşlı mütəxəssis "Neftçi" ilə oyun haqda daha sonra bunları bildirib: "Gərgin oyun keçdi. İrəlidə olan komanda hesabı qorumağa, rəqib isə qol vurmağa çalışırdı. Əsgər Abdullayev döyüşkən komanda yaradıb. Mənə elə gəlir ki, nəticə oyuna görə oldu. Düşünürəm ki liderlərdən çox aralanmamışıq və 3 xallıq sistemdə bu öz yerini tutmalıdır. Azarkeşlərimiz möhtəşəmdir və hər zaman arxamızda dururlar".
- Əsgər Abdullayev və futbolçularınız 2 xal itirdiklərini dedi...
- Oyuna baxış prizması var. Məhəmməd Qurbanov və Budaq Nəsirov qol vursaydı, fərqli olardı. Oyunun keyfiyyətini götürsək, başabaş mübarizə getdi. Rəqibin adı hər şey deməkdir. Neftçi köklü klubdur.
- Kərim Diniyev 90 dəqiqə oynamağa hazırdır?
- Söhbət ata-oğul münasibətindən getmir. Onun vəzifəsi dağıdıcı və yaradıcı futbolçular arasında münasibət qurmaqdır. Yaradıcılıq baxımından problemi vardı. Kərimin "Kəpəz" üçün xeyri kifayət qədərdir.
- Çempionatın ilk hissədi başa çatdı. İkinci hissəyə hazırlıq planı müəyyənləşib? Kimlər gedəcək komandadan?
- Artıq qərar vermişik. Bunları sivil formada həyata keçirməliyik. Komanda qatardır, biri minir və biri düşür. Təxminən 4-5 futbolçu komandadan gedəcək və 2-si gələcək. Bunlardan biri hücumçu, biri isə cinah yarımmüdafiəçisidir. Yanvarın 14-də 1 həftəlik Yevlaxda fiziki hazırlıq keçəcəyik. Daha sonra Baıda taktika üzərində hazırlaşacağıq. Yevlaxda 1, Bakıda 2 oyun keçirəcəyik. Rəhbərlik tərəfindən Antalya planı vardı, amma mən yol yorğunluğu, vaxt itkisinə görə imtina etdim.
- Ramosla yaşanan insidentdə nə baş vermişdi?
- Aut zamanı yalnış qərar verildi və mən də etiraz etdi. Ramos da məni hakimə göstərdi və məni çağırmaq istədi. Mən də ona işarə etdim ki, sus! Ancaq sonra ondan üzr istədim, çünki futbolçu meydanda hər şey edə bilər. Sizə söz verirəm ki, bir də elə səhv etməyəcəm.
"Liverpul"la razılaşdı
Alonso seçim arasında qaldı
Millimizin Çexiya ilə oyununun yeri və vaxtı bilindi
"İmişli" braziliyalı oyunçunu transfer etdi - Rəsmi
PSV Çempionşipdən onu transfer etdi
Hakimi 15 ilədək həbs oluna bilər
"Neftçi"nin Kipr klubu ilə oyununda 4 qol
"Biz "Real"dan daha çox gücləndik"
"Aris"lə oyunda xarakter göstərdik" - Patrik Andrade
AFFA-da bu vəzifənin icrası ona tapşırıldı
"Bavariya"nın qapıçısının 6 yaşlı oğlu dünyasını dəyişdi
Qavi: "Ter Ştegen "Barselona"nın əfsanəsidir"
Əliyar Ağayev Avropa Liqası matçına təyinat aldı
"Şkendiya" azərbaycanlı azarkeşlərə nə qədər yer ayırıb?
QOL.az sizə daha əlçatan oldu!
"Qarabağ" ÇL-də "pley-off"a yüksəlsə - Potensial rəqiblər...
"Çelsi" futbolçusunu icarəyə verdi