"Meydança normal futbol oynamağa imkan vermirdi. Standart vəziyyətlərdən daha çox yararlanmağa çalışırdıq. Belə meydanda oynamaq ağır idi. Oyun çətin keçdi".
Qol.Az-ın "sportnet.az"a istinadən verdiyi məlumata görə, bunu "Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev Premyer Liqamızın 18-ci turunda "Kəpəz"lə 1:1 bərabərə qaldıqları oyundan sonra deyib.
Ə.Abdullayev "Kəpəz"lə oyun haqda bunları bildirib: "Gəncə klubu mübariz oyun göstərdi. Şahin Diniyev döyüşkən komanda qurub".
- "Neftçi" 2 xal itirdi, ya necə?
- Bir neçə epizodda hesabda irəli keçə bilərdik. Ümumilikdə hər iki komandanın şansı vardı. Hesab edirəm ki, iki xalı biz itirdik.
- Artıq ilin son oyununu keçirdiniz. Komandada qalıb-qalmayacağınıza aydınlıq gəlib?
- Yaxın günlərdə hər halda bu məsələ məlum olacaq. Öz işimi gördüm və əlimdən gələni etdim ki, çətin durumdan komandanı çıxardaq. "Neftçi"də yüksək texnikaya malik olan futbolçular var.
- Özünüz üçün qış planı hazırlamısınız?
- Təbii ki, rəhbərlik etimad göstərsə, olacaq. Oyunçu qıtlığı və bir neçə futbolçuda zədə problemi var. Tam istədiyimi ala bilmədim.
- Araz Abdullayev olmayanda "Neftçi" daha yaxşı oyun göstərirdi...
- O, komandanın kapitanıdır. Uzun müddət məşqsiz qalmağı təsir edir. Bugünkü oyunda daha istəkli idi. Azərbaycanda 4-5 yaxşı oyunçu varsa, biri də Arazdır. Onun böyük potensialı var. Hesab edirəm ki, bu yaxınlarda başqa Araz görəcəksiniz.
- Komandada qalası olsanız, qapıçı transferi istəyəcəksiniz?
- Aqil Məmmədovun oyunundan razıyam və millinin oyunçusudur. Səhvsiz insan yoxdur.
- Fəhmin Muradbəylinin vəziyyəti ilə bağlı son məlumat var?
- Onu xəstəxanaya aparıblar. İnşallah, o çətin duruma düşməz.
- Ramosun Şahin Diniyevin üzərinə hücum çəkməsi məsələsi ilə bağlı nə deyərdiniz?
- Şahin təmkinli biridir. Amma necə olduğuna tam aydınlıq gətirməliyik. Şahin müəllimi birinci dəfədir ki, belə aqressiv görürəm. Ayltona isə o vəziyyətdə qırmızı vərəqə verilməli idi.
- Böyükağa Hacıyev baş məşqçinin çamadanının hazır olmasını deyirdi...
- Hər yerdə belədir. "Neftçi" xalqın komandasıdır və burada böyük məsuliyyət var. "Neftçi"də işləyib etimad doğrultmaq o qədər də asan deyil. Məşqçinin işi budur. Sovet vaxtı deyirdilər ki, məşqçi iki ərizə yazmalıdır. Biri işə girmək üçün, biri də işdən çıxmaq üçün.
Neymardan imtina etdilər
Mourinyo yenə narazıdır
Zidan məşqçiliyə qayıdır
Alman klubundan Mahir Emreli ilə bağlı rəsmi açıqlama
Musiala zədədən sonra ilk dəfə məşq etdi
Levandovski ən çox het-trik edən futbolçu oldu
Neymarın oyunu tənqid olundu
"Mourinyo mənim üçün əsl örnəkdir"
“Atalanta” baş məşqçisi ilə yollarını ayırdı
Qvardiola Haalandın qərarından narazı qaldı
"Araz-Naxçıvan"ın futbolçusu Moldova millisində
Millimizdən İslamiadada növbəti qələbə
UEFA-dan Babək Quliyevə təyinat
Rodriqo İngiltərə Premyer Liqasına keçə bilər
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
“Real”ın qapıçısı zədələndi
2-ci liqada 8-ci tur 3 oyunla start götürdü
Azərbaycan təmsilçiləri İslamiadada bürünc medal qazandılar
"Neftçi"nin futbolçuları yığma komandalarda
"Napoli" Konte ilə yolları ayıra bilər
Azərbaycanlı futzal hakimi ilk dəfə final mərhələsində
"Ümid edirəm ki, bir gün qayıdacam" - Messi "Kamp Nou"da
İngiltərə millisinin üzvü ilə yeni müqavilə imzalandı
“Sumqayıt”ın legionerləri milli komandalara dəvət aldılar
Fransa millisinin hücumçusu Azərbaycanla oyunu buraxacaq
Bundesliqa klubunda baş məşqçi ayrılığı
Azərbaycan klubunu tərk edib “Fiorentina”ya keçdi
“Qarabağ” kimi komandalar Abubakara heç bir şans verməz”