Qriqorçuk daha bir il "Qəbələ"də!

Qriqorçuk daha bir il "Qəbələ"də!
XƏBƏR 20 Dekabr 2015 / 18:03 2552
-  A +

“Qəbələ” baş məşqçisi Roman Qriqorçukla müqavilə müddətini uzadıb. 

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ukraynalı mütəxəssislə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub. 

Mövcud müqaviləsi 2015/2016-cı illər mövsümünün sonunda başa çatan 50 yaşlı çalışdırıcı daha bir il “qırmızı-qaralar”a rəhbərlik edəcək. Onunla yeni anlaşma 2017-ci ilin iyun ayında, 2016/2017 mövsümünün sonunda başa çatacaq.

Xatırladaq ki, “Qəbələ” 2015-ci ilin əvvəlindən komandanın baş məşqçisi olan Qriqorçukun rəhbərliyi altında 2014/2015 mövsümündə Premyer Liqasının bürünc mükafatını qazanıb, 2015/2016 mövsümümdə isə UEFA Avropa Liqasında qrup mərhələsinədək irəliləyib.

Son xəbərlər