Hələ vətəndən uzaqda olanda səfər yoldaşlarımızla şərtləşmişdik ki, bu mövzuda yazmayaq, keçənə güzəşt deyək, adımızı nahaq yerə hallandıranlara dözümlü yanaşaq.
Ancaq gəlib görürük ki, bəzi gənc həmkarlarımız qırx sözün ürəyini üzüblər, hövllənmiş bir şəkildə bizə qarşı sayğısızlıq ediblər, kampaniya başlatmağa cəhd göstəriblər, canincidən sözlər yazıblar, “çörəyimizə bais oldular” kimi ifadələr işlədiblər.
Çox ayıb bir hərəkət. Nə baş verib ki? Ölkənin tanınmış media qurumlarının təmsilçiləri qırx ilin başında bir dəfə üç günlük səfərdə olublar. Burda kimin çörəyinə bais olmaq cəhdi var? Sanki çörək Belçikadaymış və onu qazanmaq üçün mütləq oraya getmək lazım imiş.
Birincisi, biz ora idman reportyoru kimi getməmişdik, heç reportyor kimi də getməmişdik, ölkənin ən tirajlı saytlarının rəhbərləri kimi getmişdik. Bizim səfərimizin məqsədi “Qarabağ”ın səfər oyunundan reportaj yazmaq deyildi, həm “Qarabağ”ı dəstəkləmək, həm də NATO-da görüşlər keçirmək, Azərbaycanın Belçikadakı səfiri ilə görüşmək, diaspor təmsilçiləri ilə söhbət etmək idi.
Bircə sonuncu məsələni həll edə bilmədik. Belçikada yaşayan diaspor təşkilatının rəhbərinin müsaid vaxtı ilə bizim boş vaxtımız üst-üstə düşmədi, gah o başqa ölkədə oldu, gah da biz.
Ancaq ilin-günün bu vaxtında, terror təhdidi üzündən NATO-ya heç kəsin, quşun quşluğuyla yaxın düşə bilmədiyi bir zamanda bizi dünyanın ən qüdrətli hərbi alyansının baş qərargahında qəbul etdilər, suallarımıza cavab verdilər.
NATO-nun analitikləri və yüksək mənsəbli səlahiyyətliləri ilə söhbətimiz ayrıca, müsahibə şəklində yayılacaq. İndilikdə yalnız onu demək olar ki, NATO-da Azərbaycana rəğbətlə yanaşırlar, hesab edirlər ki, NATO üzvü olmasa da, onunla əməkdaşlıq edən ölkədən gəlmiş jurnalistlərə hörmətlə davranmaq, onların suallarına cavab vermək lazımdır.
Sırf vaxt darlığı səbəbindən NATO rəsmilərinə və analitiklərinə çox sual verməyimiz mümkün olmadı, ancaq ölkəmizlə bağlı əsas sualları verdik və cavablar aldıq.
Əvəzində Azərbaycanın NATO-dakı nümayəndəliyinin rəhbəri Xəzər İbrahimlə görüşümüz və söhbətimiz daha maraqlı oldu.
Qeyd edək ki, Xəzər bəy Belçikada müsafir olan jurnalistlərin əksəriyyəti ilə öncədən tanış idi. Üstəlik, dəyərli diplomatımız tam bir ünsiyyət ustasıdır, hər kəslə asanlıqla dil tapa, səmimi münasibət qura bilir. Onunla aramızdakı söhbət bir çox məsələləri əhatə etdi. Arada hətta futboldan da danışdıq. Xəzər İbrahim dedi ki, axşam o da “Qarabağ” fanatı olan 9 yaşlı oğluyla birgə stadiona gələcək.
Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Avropa İttifaqı yanındakı nümayəndəsi Fuad İsgəndərovla görüşümüz də maraqlı, informativlik baxımından zəngin oldu. Cənab səfir ölkəmizlə Avropa İttifaqı arasında olan gərginlikdən, qarşılıqlı münasibətlərdən ətraflı şəkildə bəhs etdi, suallarımızı cavablandırdı.
İstər NATO-dakı görüşlərdə, istərsə də səfirlikdəki söhbətdə iştirak edən həmkarlarımın suallarında dünyada, regionda gedən siyasi prosesləri necə izlədikləri, ölkəmizin təhlükəsizliyi xüsusunda nələri prioritet hesab etdikləri aydın sezilirdi və müsahiblərimiz tez-tez belə bir qeyd edirdilər: “Bu, çox yaxşı, aktual sualdır”.
Bunları niyə yazıram? Ona görə ki, bizə müəyyən iradlar bildirən gənc həmkarlarımız bilsinlər ki, “Anderlext”in məşqçisinə “bu gün hansı taktika ilə oynayacaqsınız” sualı verib, cavab almaqla NATO-nun 30 illik analitikinə dünyanın, regionun təhlükəsizliyi ilə bağlı sual verib-cavab almaq eyni şey deyil. Bundan ötrü çox şeyləri bilmək lazımdır.
Futbola gəlincə, səfər yoldaşlarımızın bu xüsusda da bilgisi az deyil. Onlar da uzun illərdir futbol azarkeşləridir, üstəlik, “Qarabağ”ı son illərdə yüz minlərlə insanın vətənpərvərlik hissini coşdurduğuna görə daha çox sevirlər.
Ona görə də gərək dünənə qədər “güləş”i “küləş”, “Torres”ı “terros” yazıb-oxuyan gənclər özlərindən təcrübəlilərə səhv tutanda diqqətli olsunlar. Bu səfər belə alındı, gələn səfər siz gedərsiniz.
P.S. Oyundan bir gün əvvəl səfərimizi maliyyələşdirən “Azərsun Holdinq”in əməkdaşı Əmrah Çelikəllə söhbətimiz zamanı o özü də etiraf etdi ki, başqa ağır səfər oyunlarında olduğu kimi, bu dəfə də özləri ilə jurnalist gətirmək fikrində olmayıblar. Yəni biz getməsək də, Belçikaya jurnalist aparmayacaqdılar.
Xalid Kazımli,
musavat.com
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı
"Uduzacağımızı gözləyirdim" - Azər Bağırov
"Qəbələ"nin inamlı qələbəsindən - Video
"Barselona"nın zədəli futbolçularından xəbər var
"Real"dan PSJ-yə keçə bilər
“Sumqayıt” - “Neftçi”: Heyətlər
Azərbaycandan ayrılıb İslandiya klubuna keçdi
“Nyukasl” Trippyerin ayrılığını açıqladı
"Kəpəz" - "Qəbələ": Heyətlər açıqlandı
Qvardiola bunu ilk dəfə bacardı
Millimizin üzvü oynadı, komandası uduzdu
Qadın hakimi yıxsalar da, kömək etmədilər - Video
Maldini İtaliya futboluna rəhbərlik edə bilər
"Nəticə haqda soruşmağa ehtiyac yoxdur" - Slot 0:4 haqda
“Trabzonspor” - “Qalatasaray” matçında dava düşdü - Video
"Real"ı belə məğlub etdilər - Video
Nəriman ABŞ-da 2-ci oyununa çıxdı
"Mançester Siti" "Liverpul"u darmadağın etdi - Video
“Barselona” “Real”la xal fərqini artırdı
“Arsenal” kubokla vidalaşdı
Zamiqin komandası 3 xalı 3 qolla qazandı
“Bavariya”dan möhtəşəm geridönüş - Video
“Qalatasaray” “Trabzonspor”a uduzdu
Cəlal oynadı, komandası qalib gəldi
“Bayer”dən 6 qollu qələbə - Video
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı