AZAL Azərbaycan çempionatlarında 75-ci ev qələbəsini qazanıb. Paytaxt təmsilçisinin yubiley uğuru Azərbaycan Premyer Liqasının XVI turuna təsadüf edib.
Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “Xəzər Lənkəran”ı 1:0 hesabı ilə məğlub edən bakılılar doğma azarkeşləri önündə 75-ci dəfə 3 xal qazanıb.
AZAL buna öz meydanındakı 157-ci qarşılaşmada nail olub. Hesabında 41 heç-heçə və 41 məğlubiyyət olan “təyyarəçilər” Murad Səttarlının qolu ilə yubiley qələbəsinə sevinib. Evdə 212-ci qolu vuran paytaxt təmsilçisi 139 top buraxıb.
Güclülər dəstəsində 2005/2006 mövsümündə debüt edən AZAL ilk ev qələbəsini “Olimpik” adlandığı vaxt qazanıb. Bu, komandanın öz meydanında keçirdiyi 9-cu matça təsadüf edib. 2006-cı il martın 12-də bakılılar “Göyəzən”i 2 cavabsız qolla məğlub edib.
AZAL-ın ev qələbələri mövsümlər üzrə: 2005/06 – 2, 2006/07 – 9, 2007/08 – 10, 2008/09 – 7, 2009/10 – 5, 2010/11 – 10, 2011/12 – 9, 2012/13 – 10, 2013/14 – 4, 2014/15 – 5, 2015/16 – 4.
Paytaxt klubu öz meydanında 22 komandanı məğlub edib: “Turan” – 8, “Bakı” - 7, “Kəpəz”, “Neftçi”, “Qəbələ”, “Simurq”, “Sumqayıt”, “Xəzər Lənkəran” – 5, “İnter”, “Karvan”, “Rəvan” – 4, “Muğan”, “Qarabağ” – 3, “Gənclərbirliyi”, MOİK, “Standard” – 2, ABN, “Bakılı”, “Göyəzən”, “Masallı”, “MKT-Araz”, “Şahdağ” – 1.
Premyer Liqada “Olimpik” və “Olimpik-Şüvəlan” adları altında da çıxış edən AZAL evdə 75 və daha çox qələbə qazanan 10-cu komanda kimi tarixə düşüb. Öz meydanında ən çox qələbə qazanan komanda “Qarabağ”dır – 220 dəfə. “Neftçi”nin 218 belə qələbəsi var.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
“VAR qaydanı bilmirsə, vəzifəsindən getməlidir”
Azərbaycan millisi Moldovaya məğlub oldu
1-ci liqada hakim təyinatları açıqlandı
Salah “Trabzonspor”da rekorda imza atdı
Mbappe: “Bəlkə də “Qızıl top” üçün mənim uğurlu ilimdir”
“Barselona”nın sabiq futbolçusu karyerasını başa vurdu
Mourinyo: “Pley-offa adlayacağıq”
"Millidə də qol vurmaqda özümə güvənirəm" - Vüsal İsgəndərli
Hakim Ziyeşin yeni klubu məlum oldu
"Fiorentina" baş məşqçisini istefaya göndərdi
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
Ulduz futbolçu "Əl-İttifaq"ı "Əl-İttihad"a dəyişdi
Evdə 100-cü qol