"Formula 1"in biletləri satışa çıxarıldı
2016-cı ildə Bakıda keçiriləcək "Formula 1" üzrə Avropa Qran-Prisinin biletləri dekabrın 19-dan onlayn satışa çıxarılacaq. Bakı Şəhər Halqasından (BŞH) Qol.Az-a verilən məlumata görə, satışın başlaması həmin ərəfədə paytaxtda təşkil olunacaq möhtəşəm “Son 6 ay” tədbiri ilə eyni günə təsadüf edəcək.
Biletləri www.bakucitycircuit.com saytı vasitəsilə yarışa düz 6 ay qalanda əldə etmək mümkün olacaq. “Son 6 ay” tədbiri Dənizkənarı Bulvar ərazisində canlı musiqi və atəşfəşanlıqla müşayiət olunacaq. Bununla da "Formula-1"in gəlişi ölkə sakinlərinə çatdırılacaq.
Avropa Qran-Prisi azarkeşlərə start/finish zolağına mənzərəyə açılan Abşeron tribunasına və eləcə də müxtəlif sərt döngələrin və sürət zolaqlarının yaxınlığında yerləşən digər tribunalara bilet üçün çoxsaylı seçim imkanı təqdim edir. Bundan əlavə, yarışa şəhər halqasının müxtəlif zona və podiumlarından baxmağa imkan verən ayaqüstü biletlər də satışda olacaq.
Qeyd edək ki, gələn ilin 17 - 19 iyununda keçiriləcək Avropa Qran-Prisində maşınlar UNESCO Dünya İrsinə daxil edilmiş İçərişəhərdən keçməklə Bakının müasir göydələnlər və Xəzər sahili zolağında hərəkət edəcək.
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu
“Barselona” və “Real” barışıq əldə edə bilmədi
Yunis Hüseynovun cəzası bilindi
Burnu qırılan "Qalatasaray" futbolçusu əməliyyat edildi
“Qarabağ”ın xanım azarkeşləri üçün pulsuz biletlər
Musialanın səhhəti ilə bağlı mühüm detal üzə çıxdı
Zaur Həşimovla bağlı qərar verildi - "Şəfa"da iclas
İsrail "Qalatasaray" azarkeşlərindən UEFA-ya şikayət etdi
“Tottenhem”də yeni müqavilə
"Real" PSV-ni belə darmadağın etdi - Video
İtaliya millisinin təklifini rədd etdiyini açıqladı