"Günəşli yatağındakı faciəvi hadisə ilə əlaqədar hamımız üzüntü keçiririk. Xalqımıza, dövlətimizə, ailələrə səbr diləyirik. Ümid edirik ki, itkin düşənlər tapılacaqlar".
Bunu "Qarabağ"ın kapitanı Rəşad Sadıqov evdə "İnter"ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra deyib.
Təcrübəli müdafiəçi oyunun gərgin keçdiyini bildirib: "Ən azı "İnter"in məğlub olmamağa çalışacağı bilirdik. Rəqib bizə çətin anlar yaşatdı. Çətin günlər yaşasalar da, "İnter"in futbolçuları mübarizə aparır, peşəkarlıq nümayiş etdirirlər. Göstərirlər ki, futbolu təkcə pula görə oynamırlar".
Sadıqov dekabrın 10-da Belçikada "Anderlext"ə qarşı keçirəcəkləri Avropa Liqasının son tur matçı ilə əlaqədar aparıcı futbolçulardan Riçard Almeydanın ehtiyatda qaldığını, özü və Dani Kintananın ikinci hissənin ortalarında əvəzləndiyini, Çumbinyonun isə fasilədən sonra meydana daxil olduğunu açıqlayıb: "Oyundan öncə məşqçilər bildirmişdilər ki, 65-70 dəqiqə oynaya biləcəksən. Yenidən zədə almamaq üçün 65 dəqiqə oynadım. Çox sıx qrafikdəyik. Müəyyən itkilərimiz var. İstədiyimiz heyətlə oynamırıq. Optimal formada deyilik. Bu dövrdə baxımlı və sürətli futbol göstərmək asan deyil. Amma yenə də öz dəst-xəttimizi göstərməyə çalışırdıq. Bu gün 3 xal qazanmaq bizim üçün çox önəmli idi. Önəmli futbolçuları isə "Anderlext"lə keçirəcəyimiz matçla əlaqədar qorunması məqsədəuyğun sayıldı".
"Qarabağ"ı Belçikada ağır oyunun gözlədiyini deyən kapitan "Neftçi"də çıxış etdiyi vaxt - 10 il öncə səfərdə "Anderlext"ə 0:5 hesabı ilə uduzduqları Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununu xatırladıb (sportnet.az).
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı