Millimizin üzvünün komandası yenə biabır oldu

Millimizin üzvünün komandası yenə biabır oldu
XƏBƏR 5 Dekabr 2015 / 00:40 4753
-  A +

Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin klubu – “Metallurq” növbəti dəfə biabırçı hesabla  uduzub.

Qol.Az-ın məlumatına görə,  Ukrayna Premyer Liqasının 16-cı turunda  öz meydanında Kiyev “Dinamo”su ilə qarşılaşan  Zaporojye təmsilçisi 0:6 hesabı ilə məğlub olub.

Paşayevin adı yenə oyunun iştirak ərizəsinə daxil edilməyib.

Xatırladaq ki, “Metallurq” ötən tur səfərdə “Volın”a  rüsvayçı hesabla uduzmuşdu – 1:9.

Hazırda 3 xalı olan komanda son pillədə qərarlaşıb.

Son xəbərlər