"Bakı"nın oyununun vaxtı dəyişdirildi

"Bakı"nın oyununun vaxtı dəyişdirildi
XƏBƏR 4 Dekabr 2015 / 17:09 1749
-  A +

Futbol üzrə Azərbaycan birinci divizionunun XIII turunun oyun cədvəlində dəyişiklik olunub.

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “Bakılı” klubu ev oyunlarını keçirdiyi stadionun dekabrın 15-dən etibarən təmir olunacağını əsas gətirərək, XIII turun “Bakı” ilə matçının vaxtının dəyişdirilməsini xahiş edib.

“Bakı” klubunun da razılıq məktubunu alan PFL “Bakılı” – “Bakı” matçının əvvəlcədən nəzərdə tutulduğu 18 dekabrda deyil, 8 dekabrda oynanılmasına qərar verib.

Son xəbərlər