“Anderlext” “Qarabağ”la oyuna ciddi itki ilə çıxacaq

“Anderlext” “Qarabağ”la oyuna ciddi itki ilə çıxacaq
XƏBƏR 3 Dekabr 2015 / 11:36 6244
-  A +

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Anderlext” ciddi itk ilə üzləşib.

Qol.Az-ın məlumatına görə, komandanın aparıcı üzvlərindən olan Frank Açemponq məşqlərin birində dizindən zədələnib.

Baş məşqçi Besnik Hasi klubun rəsmi saytına açıqlamasında 22 yaşlı qanalı hücumçunun bir neçə həftə meydana çıxa bilmyəyəcəyini təsdiqləyib.

Son vaxtlar yaxşı formada olan Qana millisinin üzvü “Monako” ilə oyunda komandasının qolunu vurmuşdu.

Xatırladaq ki, “Anderlext” qrup mərhələsinin son oyununu dekabrın 10-da öz meydanında  “Qarabağ”a qarşı keçirəcək.

Daha çox


Qarabağ FK
Son xəbərlər
07.09.26  12:30

Evdə 100-cü qol

topaz banner