"Bir qol vursaydıq..." – "Şəmkir"in kapitanı

"Bir qol vursaydıq..." – "Şəmkir"in kapitanı
XƏBƏR 3 Dekabr 2015 / 01:09 3045
-  A +

“Oyun çox gərgin və maraqlı keçdi. Hər iki komanda çox gözəl oyun sərgilədi. Birinci divizionda mübarizə aparmağımıza baxmayaraq, bu mərhələni keçmək istəyirdik. Amma bilirdik ki, Azərbaycanın ən güclü klubuna qarşı oynayırdıq. Belə komandaya məğlub olsaq da, layiqli mübarizə apardıq". 

Bu sözləri Qol.Az-a açıqlamasında "Şəmkir"in kapitanı Qərib İbrahimov Azərbaycan kubokunun 1/8 finalında "Qarabağ"a uduzduqları oyun haqda danışarkən deyib.  

Futbolçu əllərinə düşən fürsətlərdən yararlana bilməmələrindən gileylənib: "Qol imkanlarımız oldu. Sadəcə həmin epizodlarda bir qədər soyuqqanlı olmaq lazım idi. Heç olmasa ilk hissədə bir qol vura bilsəydik, “Qarabağ”ı keçmək şansımız olardı. Ən azından oyunu əlavə vaxta apara bilərdik".
 
Qeyd edək ki, kubokun 1/8 finalında "Qarabağ"a 0:2 hesabı ilə uduzan "Şəmkir" mübarizəni dayandırıb.

Son xəbərlər