"Mançester Siti"dən gedəcəm" – Aquero

"Mançester Siti"dən gedəcəm" – Aquero
XƏBƏR 3 Dekabr 2015 / 00:01 5231
-  A +

"Mançester Siti"nin futbolçusu Serxio Aquero komandası ilə müqaviləsini yeniləməyəcək.

Qol.Az-ın "So Foot"a istinadən verdiyi xəbərə görə, bu barədə argentinalı futbolçunun özü məlumat verib.

27 yaşlı futbolçu komandası ilə müqaviləsi başa çatdıqdan sonra ölkəsinin "İndependiente" klubuna keçəcəyini bildirib:

"Bir gün yenidən "İndependiente"yə qayıdacağımı hər zaman söylədim. "Mançester Siti" ilə müqaviləm başa çatdıqdan sonra istəyimi gerçəkləşdirəcəm. Yaşım artıqca, sabiq komandama qayıtmağı daha çox istəyirəm. İşlər yolunda gedərsə, 31 yaşımda "İndependiente"yə dönəcəm".

Qeyd edək ki, Aqueronun "Mançester Siti" ilə müqaviləsi 2019-cu ildə başa çatacaq. O, 2003-2006-cı illərdə "İndependiente"nin şərəfini qoruyub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
07.09.26  12:30

Evdə 100-cü qol

topaz banner