"Verona"nın yeni baş məşqçisi müəyyənləşdi

"Verona"nın yeni baş məşqçisi müəyyənləşdi
XƏBƏR 2 Dekabr 2015 / 15:48 1623
-  A +

İtaliya A təmsilçisi "Verona"nın yeni baş məşqçisi müəyyənləşib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda Luici del Neriyə tapşırılıb.

Son komandası "Genua" olan del Neri yeni vəzifəsində ötən gün istefaya göndərilən Andrea Mandorlinini əvəzləyib.

Qeyd edək ki, "Verona" geridə qalan 14 turdan sonra 6 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.


Son xəbərlər