A Seriya təmsilçisi baş məşqçini qovdu

A Seriya təmsilçisi baş məşqçini qovdu
XƏBƏR 1 Dekabr 2015 / 14:03 2877
-  A +

İtaliya A Seriya təmsilçisi "Verona" baş məşqçisi Andrea Mandorlini ilə yollarını ayırıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın cari mövsüm uğursuz çıxışı 55 yaşlı mütəxəssisin qovulması ilə nəticələnib.

2010-cu ildən "Verona"nı çalışdıran Mandorlininin komandası cari mövsüm bir qələbə belə qazana bilməyib. Altı dəfə heç-heçə oynayan komanda geridə qalan 14 turdan sonra 6 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Qeyd edək ki, "Verona"nın baş məşqçi vəzifəsinə üç namizəd var. Bunlar Luici del Neri, Euqenio Korini və Lyusen Favrdır. 

Daha çox


Qarabağ FK
Son xəbərlər
07.09.26  12:30

Evdə 100-cü qol

topaz banner