“Real” İsrafilovun komandasına qalib gəldi

“Real” İsrafilovun komandasına qalib gəldi
XƏBƏR 29 Noyabr 2015 / 21:20 5863
-  A +

“Real” İspaniya La Liqasında bu gün keçirdiyi 13-cü turun oyununda qələbə qazanıb.

Qol.Az-ın xəbərinə görə, millimizin futbolçusu Edd İsrafilovun klubu “Eybar”ın qonağı olan Madrid təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlubiyyətə uğradıb. Eddinin bu matçın iştirak ərizəsində olsa da, meydana buraxılmayıb.

“Eybar” – “Real” – 0:2
Qollar: 
Qaret Beyl, 43 (0:1), Kriştiano Ronaldo, 82-pen. (0:2)

13 turdan sonra “Real” 27 xalla 3-cü, “Barselona” isə 33 xalla 1-cidir.


Son xəbərlər
topaz banner