“Atletiko”nun futbolçusu üçün mövsüm bitdi

“Atletiko”nun futbolçusu üçün mövsüm  bitdi
XƏBƏR 29 Noyabr 2015 / 12:14 5404
-  A +

İspaniya La Liqasının son  turunda öz meydanında “Espanyol”a qalib gələn “Atletiko” (Madrid) ciddi itki ilə üzləşib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə,  matçın 33-cü dəqiqəsində Madrid klubunun yarımmmüdafiəçisi  Tiaqo Mendes ayağından ciddi xəsarət alıb.

İlkin tibbi müayinədən sonra onun ayağında qırıq olduğu aşkarlanıb. 34 yaşlı portuqaliyalı oyunçunun mövsümün sonuna qədər meydana çıxa bilməyəcəyi gözlənilir.

Daha çox


Son xəbərlər