Azərbaycan idmançıları gələn il Rio-de-Janeyroda keçiriləcək Paralimpiya Oyunlarına növbəti lisenziya qazanıblar.
Azərtac xəbər verir ki, Qətərin paytaxtı Dohada təşkil olunan atletika üzrə dünya çempionatının 100 metr məsafəyə qaçış yarışlarında mübarizə aparan idmançımız Yelena Çebanu gümüş medal əldə edib. Bununla, atletimiz “Rio-2016” Paralimpiya Oyunlarına birbaşa lisenziyanı təmin edib. Bu, Azərbaycan Milli Paralimpiya Komitəsinin qazandığı 11-ci lisenziyasıdır.
Yelena Çebanudan əvvəl nizətullama yarışlarında İradə Əliyeva, uzunluğa tullanmada Elçin Muradov, cüdoçularımız İlham Zəkiyev (100 kq-dan yuxarı), Səbinə Abdullayeva (57 kq), Ramil Qasımov (73 kq), Bayram Mustafayev (60 kq), üzgüçülər Dmitri və Roman Saley, pauerliftinq idmanı üzrə Elşən Hüseynov (107 kq) və uzunluğa tullanma üzrə Kamil Əliyev “Rio-2016” Paralimpiya Oyunlarına lisenziya qazanıblar.
Obameyanq qəzaya düşdü
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu
“Barselona” və “Real” barışıq əldə edə bilmədi
Yunis Hüseynovun cəzası bilindi
Burnu qırılan "Qalatasaray" futbolçusu əməliyyat edildi
“Qarabağ”ın xanım azarkeşləri üçün pulsuz biletlər