AFFA-nın Texniki Direktoru Bernhard Lippertin müsahibəsi
- Bu gün Klublar Komitəsinin iclasında siz də iştirak etdiniz. Toplantıda hansı məsələlər müzakirə olundu?
- Biz məşqçi kursları ilə bağlı söhbət etdik. Klublar maraqlıdırlar ki, onların məşqçiləri daha çox təhsil alsınlar. Biz də bildirmişik ki, bu məsələdə problem yoxdur. Əsas odur, istək var. Növbəlik prinsipi ilə bütün məşqçilər təhsil alacaqlar. Bundan başqa, aşağı yaş qrupu üzrə keçirilən ölkə çempionatlarında qayda var ki, hansısa klubun 5 oyunçusu milliyə gedirsə, həmin komandanın növbəti görüşü təxirə salınır. İndi klublar həmin sayın azaldılmasını istəyirlər. Ola bilər ki, 5 yox, 3 və ya 4 oyunçu olsun.
Eləcə də aşağı yaş qrupu üzrə millinin üzvləri ilə bağlı məsələ müzakirə olundu. Bəzi klublar rəsmi oyunlar olmadığı vaxt oyunçularını milliyə buraxmaq istəmirlər. Məsələn, Yunis Hüseynov Elnur Cəfərovla bağlı narazılığını bildirir. Qeyd edir ki, yoldaşlıq oyunları zamanı futbolçunun klubda qalmasını istəyir. Qərara gəldik ki, bu məsələ ilə bağlı Yunis Hüseynov və U-19-un baş məşqçisi Nazim Süleymanov arasında müzakirə aparılsın. Əsas milli və U-21-lə bağlı ciddi bir problem yaşanmır. Çünki həmin vaxt ölkə çempionatında oyunlar olmur. Ümumilikdə, iclasdan razı qaldıq. Toplantının səmərəli keçdiyini söyləmək olar.
- U-21-in Avstriyaya qarşı keçirdiyi oyunu siz də canlı izlədiz. 0:7 hesanlı yenilginin səbəbini nədə görürsüz?
- İlk növbədə itkiləri qeyd etməliyəm. 4 aparıcı futbolçu meydana çıxmamışdı ki, onların da hamısı hücumameyilli futbolçular idi. Bundan başqa, onu deməliyəm ki, ilk yarıda komanda pis oynamadı. Yaxşı müdafiə olunuduq. Lakin ikinci yarıda meydanda faciə yaşandı.
- Amma problem tək Avstriya ilə oyunda deyil. Digər oyunlarda da U-21 parlaq çıxışı ilə seçilmir. Ümumi problem nədədir?
- Qrupdakı rəqiblərimizin kimliklərini yaddan çıxarmaq olmaz. Almaniyanın gücü hamıya bəllidi. Avstriya millisi son zamanlar inkişafdadır. Bunları deməklə bəhanə gətirmirəm. Baş məşqçi Yaşar Vahabzadədə də səhv tapmaq fikrində deyiləm. Bəzi oyunçuların xarakteri ilə bağlı problemi var. Amma bütün günahı futbolçuların üstünə də atmaq olmaz.
- Baş məşqçidə problem yoxdu, futbolçular günahkar deyil. Belə çıxır ki, günah bizə 7 qol vuran Avstriyadadı?
- Bu oyun üçün hansısa səbəb gətirmək çətindir. 0:7-dən sonra nəsə demək olmaz. Amma qeyd etməliyəm ki, bu gün U-21-də lider, komandanı öz arxasınca apara biləcək futbolçu yoxdur. Avstriya ilə matçdan sonra futbolçularla görüşdüm, məğlubiyyətin səbəbini soruşdum. Onlar heç bir cavab verə bilmədilər, titrəyirdilər. Futbolçu ilk növbədə şəxsiyyət olmalıdı. Bəzi oyunçular "Qarabağ"da Reynaldo, Riçard Almeyda ilə 10 dəqiqə birgə oynadıqdan sonra özlərini böyük futbolçu sayırlar. Halbuki U-21-də adını çəkdiyim futbolçular özlərini yaxşı tərəfdən göstərə bilmirlər. Burda məsuliyyəti öz üzərinə götürmək lazımdı. Əvvəl bir qədər vəziyyət fərqli idi. Ağabala Razamanovun İsrailə qarşı necə oynadığını, Popoviçin hansı şəkildə penalti çıxardığını görmüşəm. İlk növbədə istək olmalıdı. Bu gün U-21-də oynayanlar güclü futbolçu olmaq istəyirlərsə, xasiyyətlərini dəyişməlidilər. Bütün problemlər bir-birinə bağlıdır.
- Qeyd etdiniz ki, U-21-in futbolçuları Premyer Liqada oynayırlar. Bunun bir səbəbi də AFFA İcraiyyə Komitəsinin qəbul etdiyi qərardır. Məcburiyyətdən hər komandanın start heyətində 21 yaşadək bir futbolçu meydana çıxmalıdır. Bəlkə həmin qərar ləğv olunsun?
- Bunu emək çətindir. Çünki həmin qaydanı ləğv etsək, U-21-in üzvləri ehtiyatda qalacaqlar. Bu halda isə bəhanə edəcəklər ki, oyun təcrübəsinin yoxluğundan əziyyət çəkirlər.
Mənbə: futbolxeber.az
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər
"Fənərbaxça" 8 qolla qalib gəldi, "Beşiktaş" uduzdu
“Sabahın Ulduzları”nda finalçılar məlum oldu
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu