Azərbaycan Premyer Liqasının qələbə qazanmayan yeganə komandası olan “Rəvan”ın startdakı uğursuz seriyası 10-a çatıb.
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, mövsümün arxada qalan 10 oyununda cəmi 2 heç-heçə edib, 8 dəfə uduzan paytaxt təmsilçisi son 4 ildə belə uğursuz start yaşayan ilk komanda olub. Belə ki, Premyer Liqa tarixində mövsümün ilk 10 oyununda qələbə qazanmayan sonuncu komanda 4 il əvvəl eyni halla üzləşmişdi. 2011/12 mövsümündə ilk qələbəsini 11-ci turda qazanan “Sumqayıt” startda 3 heç-heçə edib, 7 dəfə uduzmuşdu. Ümumilikdə isə paytaxt klubu ilk 10 oyunda qalib gəlməyən 19-cu komandadır. “Sumqayıt” və “Rəvan”dan başqa “Şirvan” (Kürdəmir) 1992, “Ümid” (Cəlilabad) 1993, “Kürmük” (Qax) 1993/94, “Xəzər” (Sumqayıt) 1994/95, “Pambıqçı” (Neftçala) 1995/96, “Şəmkir” 1996/97, “Neftqaz” (Bakı) 1998/99, “Şahdağ” (Quba) 2000/01, “Dinamo” (Bakı) 2001/02, “Kəpəz” (Gəncə) 2003/04, “Şəfa” (Bakı) 2004/05, “Göyəzən” (Qazax) 2005/06, “Şahdağ” (Qusar) 2006/07, ABN (Bərdə) 2007/08, “Turan” (Tovuz) 2008/09 və 2010/11, “Standard” (Sumqayıt) 2009/10 mövsümlərində eyni seriya yaşayıb.
Obameyanq qəzaya düşdü
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu
“Barselona” və “Real” barışıq əldə edə bilmədi
Yunis Hüseynovun cəzası bilindi
Burnu qırılan "Qalatasaray" futbolçusu əməliyyat edildi
“Qarabağ”ın xanım azarkeşləri üçün pulsuz biletlər