Ötən gün Bakının qadınlardan ibarət “Lokomotiv” voleybol klubu Çempionlar Liqasında ilk oyununa çıxıb.
Qol.Az-ın "Report"a istinadən verdiyi məlumata görə, "dəmiryolçular" Rusiyada “Dinamo” (Kazan) kollektivinin qonağı olub.
Qarşılaşma Rusiya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Çempionlar Liqasının A qrupunda mübarizə aparan digər təmsilçimiz ilk matçında Almaniyanın “Alyants Ştutqart” klubu ilə qarşılaşıb. Komandamız ilk görüşündə Almaniya təmsilçisindən üstün olub – 3:0.
Qeyd edək ki, A qrupunda “Lokomotiv”, “Azərreyl” (hər ikisi Azərbaycan), “Dinamo Kazan” (Rusiya) və Almaniyanın “Alyants Ştutqart” komandaları mübarizə aparır.
İkardi vətəninə qayıdır?
"Sevilya"dan getdi
Klub ÇL-yə vəsiqə qazansa da, baş məşqçini göndərdi
Kolumbiya millisinin DÇ-2026 üçün yekun heyəti
"Tottenhem" onu hədəfə aldı
Cəlal oynadı, komandası qalib gəldi
PSJ azarkeşlərinə çempionluq paradına icazə verilməyəcək
"Şamaxı" müdafiəçisi ilə yollarını ayırdı
Millinin təxirə salınan matçının yeri və vaxtı bilindi