"Almaniya kuboku bizim üçün önəmlidir. Daha öncə final həyəcanı yaşamış hər kəs mənimlə həmfikir olacaq. Final matçının hər zaman Berlində oynanılması da artıq hədəfin simvoluna çevrilib".
Qol.Az-ın Aımaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Borussiya"nın baş məşqçisi Tomas Tuhel kubokun 1/16 finalında bu axşam qarşılaşacaqları "Paderborn"la oyunöncəsi deyib.
Gələn həftə Avropa Liqasının qrup mərhələsində qarşılaşacaqları "Qəbələ" ilə oyuna da toxunan Tuhel deyib: "Olduqca sıx qrafikdə oynayırıq. Həftəsonu Bundesliqada "Verder"lə, gələn həftə isə Avropa Liqasında "Qəbələ" ilə oyunumuz var. Hər iki matç bizim üçün önəmlidir. Çətin də olsa, bu matçlarda qələbə qazanmalıyıq. Həmin görüşlərin əhəmiyyətini nəzərə alaraq "Paderborn"la matçda oyun praktikası az olan futbolçulara şans veriləcək. Bəzi futbolçular isə istirahət edəcək".
Qeyd edək ki, noyabrın 5-də keçiriləcək "Borussiya" - "Qəbələ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
İkardi vətəninə qayıdır?
"Sevilya"dan getdi
Klub ÇL-yə vəsiqə qazansa da, baş məşqçini göndərdi
Kolumbiya millisinin DÇ-2026 üçün yekun heyəti
"Tottenhem" onu hədəfə aldı
Cəlal oynadı, komandası qalib gəldi
PSJ azarkeşlərinə çempionluq paradına icazə verilməyəcək
"Şamaxı" müdafiəçisi ilə yollarını ayırdı
Millinin təxirə salınan matçının yeri və vaxtı bilindi