“Barselona”nın futbolçusuna iki oyunluq cəza

“Barselona”nın futbolçusuna iki oyunluq cəza
XƏBƏR 28 Oktyabr 2015 / 16:46 3273
-  A +

"Barselona"nın futbolçusu Xavyer Maskerano İspaniya Futbol Federasiyası tərəfindən iki oyunuq cəzalandırılıb. 

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, buna argentinalı futbolçunun "Eybar"la görüşün 83-cü dəqiqəsində idmançıya yaraşmayan hərəkətinə görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulması səbəb olub.

Maskeranoya daha ağır cəza verilə bilərdi. Onun matç zamanı yan xətt hakimini təhqir etməsi federasiya tərəfindən bağışlanılıb. Əks halda futbolçu 4 oyunluq cəzalana bilərdi.

Qeyd edək ki, Maskerano La Liqanın növbəti turlarında “Xetafe” və “Vilyareal”la görüşü buraxmalı olacaq.

Daha çox


Son xəbərlər