Almaniya kubokunda 1/16 final mərhələsinin oyunları davam edir.
Qol.Az-ın məlumatına görə, "Borussiya" (Dortmund) klubu cari mövsüm kubokda ikinci matçına çıxıb.
"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi kubokun 1/16 finalında evdə II Bundesliqa təmsilçisi "Paderborn"la qarşılaşıb. Tomas Tuhelin komandası rəqibinə heç bir şans verməyib. Fasiləyə 3:1 hesabı ilə öndə yollanan "Borussiya" ikinci hissədə daha 4 qol vurmaqla 1/8 finala yüksəlib.
Qeyd edək ki, "Borussiya" 1/32 finalda aşağı liqa təmsilçisi "Çemnitzer"i mübarizədən kənarlaşdırıb.
28 oktyabr
Almaniya kuboku, 1/16 final
"Borussiya" (Dortmund) - "Paderborn" - 7:1
Qollar: Lakiç, 21 (0:1), Ramos, 25 (1:1), Kastro, 30 (2:1), Kaqava, 43 (3:1), İlkay, 55-pen (4:1), Kastro, 58 (5:1), Pitzek, 87 (6:1), Mxitaryan, 89 (7:1)
İkardi vətəninə qayıdır?
"Sevilya"dan getdi
Klub ÇL-yə vəsiqə qazansa da, baş məşqçini göndərdi
Kolumbiya millisinin DÇ-2026 üçün yekun heyəti
"Tottenhem" onu hədəfə aldı
Cəlal oynadı, komandası qalib gəldi
PSJ azarkeşlərinə çempionluq paradına icazə verilməyəcək
"Şamaxı" müdafiəçisi ilə yollarını ayırdı
Millinin təxirə salınan matçının yeri və vaxtı bilindi