"Qalatasaray" legioneri ilə müqaviləni uzadır

"Qalatasaray" legioneri ilə müqaviləni uzadır
XƏBƏR 27 Oktyabr 2015 / 18:01 4106
-  A +

"Qalatasaray" klubu daha bir futbolçusu ilə müqaviləni uzadacaq.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, Uesli Sneyder və Hakan Balta ilə yeni müqavilə imzalayan İstanbul klubu son vaxtlar uğurlu çıxışları ilə yadda qalan Aurelien Şedjunu da heyətində saxlamağa qərar verib.

Kamerunlu müdafiəçi ilə yaxın günlərdə yeni sözləşmə imzalanacaq.

Qeyd edək ki, A.Şedjunun "Qalatasaray"la 2017-ci ilə qədər müqaviləsi var.

Daha çox


Son xəbərlər