Ardıcıl 21 çempionat oyununda meydanı qolsuz tərk etməyən “Qəbələ”nin seriyası qırılıb.
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, Roman Qriqorçukun komandası Azərbaycan Premyer Liqasının 9-cu turunun “Zirə” ilə qarşılaşmasında rəqib qapısına yol tapmayıb – 0:0.
2015-ci il fevralın 10-da ötən mövsümün “Simurq”la səfər görüşündə 0:2 hesabı ilə uduzduqdan sonra hər matçda fərqlənən “qırmızı-qaralar” bu müddətdə 42 qol vurmuşdu.
“Qəbələ” bu göstəricidə milli çempionatlar tarixinin 7-ci nəticəsini təkrarlayıb. Əyalət təmsilçisi “Kəpəz”in 1994-cü ildəki göstəricisinə şərik olub.
Milli çempionatların 23 illik tarixinin rekordu 1994-95-ci illərdə ardıcıl 33 oyun qol vuran “Turan”a məxsusdur. “Şəmkir” 28, “Neftçi” və “Kəpəz” 25 oyunluq qollu seriyaya məxsusdur. Bundan başqa, Gəncə təmsilçisinin 23, “ağ-qaralar”ın 22 matçlıq seriyası da var.
Obameyanq qəzaya düşdü
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu
“Barselona” və “Real” barışıq əldə edə bilmədi
Yunis Hüseynovun cəzası bilindi
Burnu qırılan "Qalatasaray" futbolçusu əməliyyat edildi
“Qarabağ”ın xanım azarkeşləri üçün pulsuz biletlər