Sərgən Yalçın "Sivasspor"dan ayrıldı

Sərgən Yalçın "Sivasspor"dan ayrıldı
XƏBƏR 25 Oktyabr 2015 / 10:36 2755
-  A +

Türkiyənin “Sivasspor” klubunun baş məşqçisi Sərgən Yalçın istefa verib.

Qol.Az-ın məlumatna görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb.

S.Yalçın superliqanın son turunda “Trabzonspor”la məğlubiyyətdən (0:2) dərhal sonra istefasını açıqlayıb. Veteran futbolçunun istəyi klub tərəfindən qəbul olunub.

“Sivasspor” 9 turdan sonra 6 xalla 16-cı pillədə qərarlaşıb. Sivas təmsilçisi cari mövsüm superliqada qələbə qazanmayan yeganə komandadır.

Qeyd edək ki, S.Yalçın bu ilin yanvarından “Sivasspor”u çalışdırırdı.

Son xəbərlər