"Komandada özünəinam yoxdur" – Skarlatake

"Komandada özünəinam yoxdur" – Skarlatake
XƏBƏR 24 Oktyabr 2015 / 18:57 3637
-  A +

"Məğlub olduğumuz üçün məyusuq. Kifayət qədər imkanlarımız oldu. Rahid Əmirquliyevin dirəkdən dönən zərbəsindən sonra ümidlərimiz daha da artdı".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran"ın müdafiəçisi Adrian Skarlatake Premyer Liqanın 9-cu turunda səfərdə "Kəpəz"ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

Rumıniyalı futbolçu oyunun ədalətli nəticəsinin heç-heçə olduğunu bildirib: "Oyunun ədalətli nəticəsi bərabərlik idi. Komandamızda özünəinam yoxdur. Növbəti oyuna kimi özümüzü toparlamalıyıq. Bundan sonrakı oyunlarda qələbə qazanmaq istəyirik".

Son xəbərlər