"Layiqli qələbə qazandıq" – Rəşad Eyubov

"Layiqli qələbə qazandıq" – Rəşad Eyubov
XƏBƏR 24 Oktyabr 2015 / 18:39 2652
-  A +

"Çətin oyun idi. Bu gün çox çalışdıq və layiqli qələbə qazandıq. Mən "Xəzər Lənkaran"da üç ay olmuşam. Futbolçuların hamısı ilə yaxşı münasibətim var. Onlara qarşı oynamaq gözəl idi".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Kəpəz"in futbolçusu Rəşad Eyubov Premyer Liqanın 9-cu turunda "Xəzər Lənkəran"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.  

R.Eyubov qələbə seriyasını növbəti turlarda da davam etdirmək istədiklərini bildirib: "Rəqib komanda gənc futbolçulardan təşkil olunmasına baxmayaraq, yaxşı mübarizə apardılar. Heyəti bir qədər gücləndirsələr, yaxşı komanda yarada bilərlər. "Kəpəz" son üç turdur qələbə qazanır. Oyundan-oyuna komandamız daha yaxşı olacaq. Növbəti matçımız "Zirə"yə qarşıdır. İlk oyunda xal itirsək də, səfərdə qələbə qazanaraq uğurlu seriyanı davam etdirmək istəyirik".

Son xəbərlər