"Arsenal"ın futbolçusu 3 həftəlik sıradan çıxdı

"Arsenal"ın futbolçusu 3 həftəlik sıradan çıxdı
XƏBƏR 22 Oktyabr 2015 / 18:06 2439
-  A +

Çempionlar Liqasının qrup mərhələsində "Bavariya" ilə keçirilən görüşdə (2:0) zədələnən "Arsenal"ın futbolçusu Aaron Remzinin durumuna aydınlıq gəlib.

Qol.Az-ın məlumatına görə, əzələsini dartan uelsli futbolçu 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Belədə 24 yaşlı futbolçu Çempionlar Liqasında "Bavariya" ilə Münhendə keçiriləcək oyunu buraxmalı olacaq.

Qeyd edək ki, cari mövsüm "Arsenal"ın heyətində 13 oyuna çıxan Remzi cəmi 1 qol vurub.


Son xəbərlər