"Yaxşı oyun alındı. Rəqibin topa nəzarət etməsini istəmirdik. Qol vurmaq üçün bir neçə imkanımız oldu. Ən azı bu görüşdə uduzmamalı idik. "Arsenal" təbrik edirəm".
Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Bavariya"nın baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının qrup mərhələsində "Arsenal"a uduzduqları oyun haqda danışarkən deyib.
İspaniyalı mütəxəssis komandasının qapıçı Manuel Noyerin səhvi ucbatından məğlub olmadığını bildirib: "Oyun ərzində hücumlar qurduq, oyuna nəzarət etdik və qol vurmaq şanslarımız oldu. Lakin nəticədə biz yox, "Arsenal" iki qol vurdu. Bu komanda ilə iki həftə sonra yenidən qarşılaşacağıq. Noyerə gəlincə ilk hissə bir neçə epizodda komandanı real qoldan xilas etdi. Mən heç vaxt futbolçularımı qərarlarına görə tənqid etmirəm. İstər qərarları düzgün olsun, istər yanlış. Bu futboldur. Biz Noyerin səhvinə görə uduzmadıq".
Qeyd edək ki, səfərdə "Arsenal"a 0:2 hesabı ilə uduzan "Bavariya" cari mövsüm ilk məğlubiyyətini alıb.
Obameyanq qəzaya düşdü
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu
“Barselona” və “Real” barışıq əldə edə bilmədi
Yunis Hüseynovun cəzası bilindi
Burnu qırılan "Qalatasaray" futbolçusu əməliyyat edildi