"Arsenal"ın futbolçusu zədələndi

"Arsenal"ın futbolçusu zədələndi
XƏBƏR 21 Oktyabr 2015 / 11:09 3341
-  A +

"Arsenal" ciddi itki ilə üzləşib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, komandanın futbolçusu Aaron Remzi zədələnib.

"Bavariya" ilə Çempionlar Liqasının qrup matçında zədə alan futbolçu 57-ci dəqiqədə əvəzlənib. Əzələsini dartan Remzinin hansı müddətə sıradan çıxdığı hələlik məlum deyil.

Qeyd edək ki, "Arsenal" - "Bavariya" oyunu 2:0 hesabı ilə Münhen təmsilçisinin xeyrinə başa çatıb.

Daha çox


Son xəbərlər