Federasiya millinin bəzi oyunçularının həqiqətən zədəli olub-olmamasını araşdırır
Bu gün AFFA-nın inzibati binasında Məşqçilər Komitəsinin iclası keçirilib.
Qol.Az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda AFFA-nın baş katibi Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadov, texniki direktor Bernhard Lippert, texniki direktorun müavini Zaur Hacı-Məhərrəmov, seleksiya işləri üzrə baş koordinator Riad Rəfiyev və Məşqçilər Komitəsinin sabiq üzvü Şahin Diniyev iştirak ediblər.
Aparılmış müzakirələrdən sonra 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Yaşar Vahabzadəyə Avropa çempionatının seçmə mərhələsinin qarşıdakı iki oyununda səhvlərdən nəticə çıxarılması, komandanın oyunlara daha yaxşı hazırlanması üçün bütün imkanlardan istifadə edilməsi tövsiyə olunub.

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Avstriya yığması ilə səfər oyununa gedən futbolçuların müvafiq gündəlik xərclərinin ödənilməməsi qərara alınıb. Həmçinin, U-21-in Avstriya və Finlandiya komandalarına qarşı keçirdiyi oyunlar üçün təlim-məşq toplanışına zədəli olduğunu bildirərək qatılmayan futbolçuların həqiqətən zədəli olub-olmamasının araşdırılmasının vacibliyi vurğulanıb.
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının 2016-cı ilin I rübü üçün təlim-məşq proqramı təsdiq olunub.
Bu ilin dekabrında U-20 və U-18 yığmalarının Mərdəkan qəsəbəsindəki Təlim-Məşq Mərkəzində təlim-məşq toplanışının təşkil olunması, toplanışa A milli yığma komandanın məşqçilərinin iştirakı və Məşqçilər Komitəsinin nəzarəti altında U-21 və U-19 yığmalarının köməkçi məşqçilərinin rəhbərlik etməsi qərara alınıb.
Yuxarı
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video